Rezidenturaya qəbulun şərtləri açıqlandı
Bizi izləyin

Elm və təhsil

Rezidenturaya qəbulun şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün 26 maydan 4 iyuna qədər rezidenturaya qəbul elan edir.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

“Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2021-ci il mayın 26-dan iyunun 4-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2021-ci il iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) 2021-ci ilin iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm