Elm və təhsil
Bu çağırışçılara 3 ay möhlət veriləcək
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
Publika.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, 2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.
Bununla əlaqədar Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişikliklər aşağıdakılardan ibarətdir:
- Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.
- Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL