BDU-nun müəllimi vəfat etdi - FOTO
Bizi izləyin

Elm və təhsil

BDU-nun müəllimi vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Məmmədov Nabir Vəli oğlu vəfat edib.

Publika.az xəbər verir ki, Nabir Məmmədov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU-da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm