Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
Bizi izləyin

Elm və təhsil

Emin Əmrullayev ona VƏZİFƏ VERDİ

Azərbaycan Texniki Universitetinə (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyinat olub.

Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru Kamran Rəsulov təyinat alıb.

Bildirilib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis edilib.

Qeyd edək ki, Kamran Rəsulov əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm