Onlar müəllimliyə imtahanda ən yüksək bal topladılar - FOTO
Bizi izləyin

Elm və təhsil

Onlar müəllimliyə imtahanda ən yüksək bal topladılar - FOTO

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 22-də Azərbaycan dili və ədəbiyyat, alman dili fənləri üzrə test imtahanı keçirilib.

Təhsil Nazirliyindən Publika.az-a bildirilib ki, imtahanlara ümumilikdə 3 min 308 96 namizəd dəvət olunub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə ən yüksək balı – 60 Arzu Kərimova, Ruslan Mustafayev, alman dili fənni üzrə isə Səma Əlizadə - 55 bal toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm