Elm və təhsil
Magistrantların NƏZƏRİNƏ: elektron qeydiyyat başa çatır - FOTO
Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı başa çatır.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi avqustun 24-ü saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.
Müraciət üçün portal.edu.az-da qeydiyyatdan keçmək, yaradılan kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur.
Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO