Valideynlərdən COVID pasportu tələb olunacaq? - Nazirdən AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Valideynlərdən COVID pasportu tələb olunacaq? - Nazirdən AÇIQLAMA

Valideynlərdən COVID pasportu tələb etmirik.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, COVID pasportu olmayan valideynin övladının məktəbə buraxılmayacağı doğru deyil: "Amma müəyyən yerlərə daxil olarkən vətəndaşlardan COVID pasportu tələb olunur. Yaxşı olardı ki, məktəb binalarına daxil olan valideynlərin də koronavirus pasportu olsun".

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, tədris mərkəzində xüsusi nəzarət olsa da, məktəb qarşısında sıxlıq yaranır: “Valideynlərdən xahiş edirik ki, məktəblrin qarşısında sıxlıq yaratmasınlar, sosial məsafə saxlasınlar. Əgər ailə üzvlərində yoluxma varsa, uşağını məktəbə gətirməməlidir və bu barədə məktəb rəhbərliyinə məlumat versinlər.

Ötən il belə bir hal olmuşdu, valideyin COVID-ə yoluxan şagirdi məktəbə gətirmişdi. Bu cür hallara valideynlərə yol verməsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm