SON DƏQİQƏ: Bakıda bu məktəb koronavirusa görə BAĞLANDI - YENİLƏNDİ
Bizi izləyin

Elm və təhsil

SON DƏQİQƏ: Bakıda bu məktəb koronavirusa görə BAĞLANDI - YENİLƏNDİ

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Publika.az bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm