Nazir istilik problemi olan məktəblərdən danışdı
Bizi izləyin

Elm və təhsil

Nazir istilik problemi olan məktəblərdən danışdı

Bəzi təhsil müəssisələrinə istilik verilməsində problemlər var.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda 60 faizə qədər məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub: "Region məktəbləri alternativ odun və yanacaqla qızdırılır. Bakıda məktəblərin əksəriyyətində bu problem aradan qaldırılıb. Əgər Bakıda istilik problemi olan 67 məktəb var idisə, hazırda bu say 20-ə qədər endirilib. Təbii ki, hər məktəbdə problem ola bilər və səbəblər müxtəlifdir. 4400 məktəbimiz varsa, bir neçəsində problem olması labüddür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm