Dünyada tədris saatları Azərbaycandan 20-30 faiz çoxdur - Əmrullayev
Bizi izləyin

Elm və təhsil

Dünyada tədris saatları Azərbaycandan 20-30 faiz çoxdur - Əmrullayev

"Uğurlu iqtisadi modeli olan ölkələrdə inkişaf qısa müddətdə olmur. Belə bir formul yoxdur ki, onu tətbiq edəndə 2 il sonra iqtisadi artım ikirəqəmli olsun".

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumda Təhsil naziri Emin Əmirullayev deyib.

Nazirin sözlərinə görə, məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin aldığı dərslərin sayı və məzmunu çox önəmlidir: "Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir. Orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir".

Nazir deyib ki, məşğulluğa təsir edən əsas amillərdən biri şəxsin bacarıqlarıdır: "Bacarıqların qısa zaman ərzində inkişaf etdirilməsi üçün kifayət qədər təcrübəmiz var ki, onlardan faydalanmalıyıq. Bu problemin həlli üçün çalışmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm