Kimyaçı Nobel laureatları onlar oldu
Bizi izləyin

Elm və təhsil

Kimyaçı Nobel laureatları onlar oldu

Oktyabrın 5-də İsveç Elmlər Akademiyası 2022-ci ilin kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Karolin Bertossi, Barri Şarpless (hər iksi ABŞ), Morten Meldal (Danimarka) bu ilin kimya üzrə Nobel mekafatçıları olub. Təltif klik kimyasının və bioortoqonal kimyanın inkişafında xidmətlərlə əsaslandırılıb.

2022-ci ilin tibb üzrə Nobel mükafatı isveçli bioloq Svante Paaboya, fizika üzrə Nobel mükafatı Alen Aspe (Fransa), Con Klauzer (ABŞ), Anton Saylinger (Avstriya) üçlüyünə verilib.

Qeyd edək ki, Nobel mükafatının məbləği 10 milyon İsveç kronudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm