Elm və təhsil
Aqşin Yeniseyin audiokitabının təqdimatı keçirildi - FOTO

"Ölkənin ən böyük audiokitab şəbəkəsi - "Audikitab" mobil tətbiqi məşhur yazar Aqşin Yeniseyin "Soyuqa inansan, donacaqsan" adlı audiokitabının təqdimatını keçirib.
Publika.az xəbər verir ki, keçirilən görüş zamanı oxucuların suallarına cavab verən Aqşin Yenisey tərbiyə və əxlaqın fərqindən danışıb:
"Bildiyimiz tərbiyə meyarlarına cavab verməyən, amma yaradıcılıqları ilə dünya mədəniyyətinin inkişafına təkan vermiş neçə dahi var. Əxlaq zahiri bər-bəzəkdən uzaq, tərbiyədən qat-qat daha dərin dəyərdir".
Aqşin Yeniseyin fikrincə, audiokitablar kağız kitabları sürətlə əvəzləyəcək və bu yaxın gələcəyə hazır olmaq baxımından "Audiokitab" mobil tətbiqinin xidmətləri yüksək dəyərləndirilməlidir.
Oxuculardan birinin “esselərinizin, şeirlərinizin audio təqdimatını bəyənirsinizmi?” sualına Aqşin Yeniseyin cavabı belə oldu:
"Bəzi şairlərdən fərqli olaraq, mən öz yazdıqlarımı səsləndirə bilmirəm. Hətta indi hansısa şeirimi oxusam, bəlkə hamı buranı tərk edər. Ona görə də, yaradıcılığımı oxucuya gözəl səslə, ifadəli tərzdə çatdıran hər qiraətçiyə minnətdaram”.
Təqdimatdan dərhal sonra "Soyuqa inansan, donacaqsan" kitabı "Auduiokitab" Mobil tətbiqinə yüklənib.
Aqşin Yeniseyin original fikirlərini, gözlənilməz mülahizələrini və maraqlı tətqiqatlarını bu gündən etibarən mobil tətbiqə abunə olan hər kəsin dinləmək imkanı var.
Qeyd edilib ki, Aqşin Yeniseyin "Audiokitab" mobil tətbiqində yer alan kitabı kütləvi satışa çıxmayan esselər toplusudur.

-
Nida Təhlil 17:15
“İnter az” və “Salamnyus”: İranın inforcasus şəbəkəsi haqda - ŞOK FAKTLAR
-
Magazin116:52
“Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç” - Efirdə gərginlik
-
Sosial16:15
Şəhərlərarası gediş haqqı da bahalaşdı
-
Magazin115:23
Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." - VİDEO
-
Art14:05
Fəxrəddin Manafov rus serialında - Video
-
İdman13:43
Messinin qızıl butslarını kim götürüb? - Başqasının əlinə keçsəydi...
-
Sosial12:48
Aparıcı ilə nişanlanan tanınmış həkim uşaqlarına aliment vermir? - VİDEO
-
Nida Xəbər 12:22
Azərbaycan Ermənistana qarşı: bu gün dinləmələr başlayır