İmtahan zalına qumbara keçirmək istədilər - Azərbaycanda
Bizi izləyin

Elm və təhsil

İmtahan zalına qumbara keçirmək istədilər - Azərbaycanda

İmtahan zalına silah, qumbara keçirmək istəyənlər olub.

"İmtahanlarda qaydaların pozulması və buna cəhdlər göstərilməsi hər zaman olur. DİM üçün vacibdir ki, hər bir abituriyentin imtahan zalında normal şərait olsun. Bunun üçün İmtahan binasına keçən bütün abituriyentlər yoxlanılır. Bu, həm də təhlükəsizlik üçündür".

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. M.Abbaszadə qeyd edib ki, yaxın keçmişdə imtahan zalına silah, qumbara keçirmək istəyən şəxslər də olub:

"Biz bu kriminal xronikanı heç vaxt şişirtməmişik, ictimaiyyətə təqdim etməmişik. Bu nüansları müvafiq qurumlara tədbir görülməsi üçün demişik".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm