Elm və təhsil
Bakıda direktor müəllimləri məktəbə niyə buraxmayıb? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşandığı ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına maneə yaradıb.
Məktəbdən Publika.az-a bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib.
“İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub. Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - məlumatda deyilir.
Akqabay Mıradov

-
Nida Xəbər 15:28
İlkin Süleymanov son sözünü dedi - YENİLƏNDİ
-
İdman14:45
Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
-
Sosial13:49
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
-
Region12:58
Azərbaycanlı teleaparıcı Türkiyədə "vay-vay"la gündəm oldu - VİDEO
-
ABŞ12:20
Gözlənilən qanun layihəsi təsdiqləndi - İyunun 5-dən...
-
Magazin211:58
Məşədi İbadın Gülnazına şükür, bunun neçə adaxlısı varmış? - Onun haqqında bilmədiklərimiz - FOTO
-
Magazin111:28
"Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi" - Çingiz Əhmədov - VİDEO
-
Nida Xəbər 10:54
XİN Fransa Prezidentinə cavab verdi