Elm və təhsil
Yekunlaşan dərs ilində niyə tibbi arayış tələb olunur? - VİDEO
Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olunur.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 1-ci sinifdən 11-ci sinfə qədər gözlənilmədən tələb edilən bu arayış poliklinikalarda sıxlığın yaranmasına səbəb olub.
Paytaxtın Nizami rayonunda yerləşən 17 saylı poliklinikada olan valideynlərin sözlərinə görə, tibbi arayışın alınması üçün tələb onlara məktəblərdən bildirilib.
17 saylı polikilinikanın ikinci şöbəsinin müdiri Sevda Quliyeva isə qeyd edib ki, məktəblərdə tibbi arayış tələbi TƏBİB tərəfindən qoyulub.
Bu müayinələr “Uşaqların icbari dispanserizasiyası” haqqında qanununun tələblərinə uyğun olaraq təbib-in tabeliyindəki müalicə-profilaktika müəssisələrində həyata keçirilir.
Onun sözlərinə görə, icbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar:
“Arayışların verilməsi isə ödənişsizdir”.
Elm və Təhsil Nazirliyindən isə məsələ ilə bağlı bildirilib ki, məktəblərə tibbi arayışın verilməsi ilə bağlı tapşırıq verilməyib.
Daha ətraflı süjetdə:
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı