Elm və təhsil
Bu gimnaziyaya yeni direktor təyin olundu

Elm və təhsil naziri Emin Əmrullayev Əməkdar müəllim, 160 nömrəli Klassik gimnaziyanın keçmiş direktoru Faina Ələkbərova ilə görüşüb.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Emin Əmrullayev Faina Ələkbərovanın 160 nömrəli Klassik gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə zəngin təhsil yolunu, peşəkar idarəetmə təcrübəsini xüsusi vurğulayaraq ona təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib. Elm və təhsil naziri Faina xanımın bu fəaliyyətinin yüksək dövlət təltifləri ilə qiymətləndirildiyini qeyd edərək bu təcrübənin gələcəkdə də təhsil sistemimiz üçün faydalı olacağını bildirib.
Elm və təhsil naziri həmçinin Faina Ələkbərovanın gimnaziyanın məsləhətçisi təyin olunduğunu bildirib.
Əməkdar müəllim Faina Ələkbərova öz növbəsində fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını ifadə edib, təhsil sahəsində üzərinə düşən missiyanı hər zaman yerinə yetirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Gülnarə Mustafayeva 160 nömrəli Klassik gimnaziyaya direktor təyin olunub. O, həmin müəssisənin məzunu olub və burada müəllimi kimi çalışıb.

-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR