Elm və təhsil
“15 yaşında oxuma-yazma bilməyən 4 şagirdimiz var” - FOTO
Bu gün Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb.
Publika.az xəbər verir ki, İstanbulda yaşayan azərbaycanlı uşaqlara Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək.
Məktəblilər arasında ilk dəfə məktəb dəhlizlərində ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var. Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.
Məktəbin direktoru Aygün Həsənoğlu bildirib ki, indiyədək dərnək nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbi artıq rəsmi təhsil qurumu kimi fəaliyyət göstərəcək: “Bu tədris ocağına 400-ə qədər şagird Azərbaycan dilində təhsil almaq üçün müraciət edib. Təkcə birinci sinfə 70-dən artıq uşaq yazılıb. Təhsil almaq istəyən ikinci sinif şagirdlərinin sayı 40-a çatıb. 15 yaşında olub oxuma-yazma bilməyən 4 şagird var ki, onlar da 1-ci sinifdən başlamalı olublar. 9-cu sinif şagirdlərinin sayı da hər gün artır”.
Direktor onu da qeyd edib ki, təhsil ocağında ümumilikdə 11 sinif var.
Qeyd edək ki, təhsil müəssisəsi "Palmali Holding" dəstəyi ilə ərsəyə gəlib.
-
Sosial11:14
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI
-
Elm və təhsil11:03
Nizaməddin Şəmsizadə KOMAYA DÜŞDÜ
-
Kriminal10:18
Hökümənin ailəsinin pulunu oğurlayan Ayazın saxlanılma anı - VİDEO
-
Nəqliyyat10:12
20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI
-
ABŞ09:36
Trampdan YENİ REKORD - Andiçmədən bir gün öncə 11 milyard dollar...
-
Region09:24
100 kişi ilə əlaqədə olacağını deyən qadın və əri həbs edildi - FOTO/VİDEO
-
ABŞ09:00
"TikTok" ABŞ-da BLOKLANDI - Elanda deyilir ki...
-
Sağlamlıq08:48
Pomidor şirəsinin elə faydaları üzə çıxdı ki...