Elm və təhsil
Bağçalara uşaqların elektron qəbulu başlayır
İyulun 7-i 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin məlumat yayıb.
Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.
Nəzərinizə çatdırırıq ki, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.
Qeyd edək ki, qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular 2026–2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmur.
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü









.jpg)

.jpg)

























