Əmlak
Azərbaycanda avtomobillər bahalaşıb
Azərbaycanın avtomobil bazarında satış qiymətlərinin artım tendensiyası müşahidə olunur. Xüsusilə də, köhnə avtomobillərin qiymətində daha ciddi artım baş verib. Bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
O deyib ki, bunun səbəbləri məlumdur: "İdxal azalıb, təklif azalıb, təklif məhdudlaşırsa, bazara çıxarmağa maşın yoxdursa, onun qiyməti də artmalıdır. Artım müxtəlif markalar üzrə fərqlidir. Təqribən qiyməti 10 min manatadək olan avtonəqliyyat vasitələrində 500-1 000 manat, 10-20 min manatlıq avtomobillərdə 1 500-2 000 manat artımı var".
Onun sözlərinə görə, maşın bazarında vəziyyət çox gərgindir: "Xüsusilə də nəzərə alsaq ki, maliyyə bazarında vəziyyət dəyişkəndir. Yəni, manatın dollara qarşı məzənnəsi çox tez-tez dəyişir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar da çətinlik çəkirlər. Təbii ki, onlar həm alıcı qismində çıxış edirlər, əvvəl alıb, sonra satırlar. Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".
R.Osmanlı gələcəklə bağlı proqnoz verməyin düzgün olmadığını deyib: "Proqnozlar bazarı bərbad vəziyyətə qoyur. Onun üçün də proqnoz verməyin tərəfdarı deyiləm".
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj







.jpg)




























