Əmlak
Daşınmaz əmlak bazarının göstəriciləri açıqlandı
Bakı şəhəri daşınmaz əmlakın təkrar bazarında 2016-cı ilin noyabr ayında orta qiymət 1 474 manat/kv.metr, ilkin bazarda isə 1 441 manat/kv.metr təşkil edib.
Publika.az-a bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.
Noyabr ayı üzrə monitorinqin nəticələrini açıqlayan birliyin ekspertləri bildirir ki, 2016-cı ilin yanvar-noyabr aylarında mənzil bazarında təklif 4% artıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 10 700-ə qalxıb. Lakin, iyun-avqust aylarında satışa çıxarılan mənzillərin sayı 1,3% azalıb. Maksimal say artımı 2016-cı ilin iyun və noyabr aylarında qeydə alınıb və 10,2% təşkil edib.
Təkrar bazarda müşahidə olunan təklif portfelinin strukturunun əhəmiyyətli dərəcədə dəyişməsi qeyd olunur. Belə ki, əgər 2015-ci ildə ümumi təklifin 61%-i köhnə tikili, 39%-i isə yeni tikililər təşkil etmişdirsə, 2016-cı ilin noyabr ayında 58% yeni tikililər, 42% isə köhnə tikililərin payına düşüb.
Ötən ilin noyabr ayında mənzil bazarında Bakı şəhərinin rayonları üzrə köhnə və yeni tikili mənzillərin payı bu cür bölünüb:
Ən çox köhnə və yeni tikili binaların təklifi Yasamal (köhnə və yeni tikili mənzillərin ümumi payı 45,2%) və Xətai (köhnə və yeni tikili mənzillərin ümumi payı 41,7%) rayonlarında müşahidə olunub. Habelə, Yasamal və Xətai rayonlarında yeni tikili mənzillərin payı köhnə tikili mənzillərin payından üstünlük təşkil edib. Lakın Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Səbail rayonlarında isə əksinə, köhnə tikili mənzillərin payı daha çox olub.
Həmçinin, yeni və köhnə tikili binaların payı ümumi təklif portfelində ən az Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Pirallahı rayonlarında olub. Bunun səbəbi isə qeyd edilən rayonlarda fərdi yaşayış evlərinin üstünlük təşkil etməsilə bağlıdır. Xəzər, Qaradağ, Pirallahı rayonlarında ilkin mənzil bazarında noyabrda təklif müşahidə edilməyib.
İqtisadiyyat şöbəsi
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi













.jpg)









.jpg)

.png)


.jpg)










