Əmlak
Güzəştli mənzil almaq istəyənlərin kateqoriyası genişlənə bilər
"İndiyədək güzəştli şərtlərlə mənzil almaq istəyən 32 min nəfər müraciət edib, 18 min nəfərin müraciəti qəbul olunub"
"Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən reallaşdırılan "Yasamal Yaşayış Kompleksi" layihəsinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, bilirsiniz ki, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə baş planın hazırlanması tam başa çatdırılıb, bu yaxınlarda işçi layihənin hazırlanmasına başlanılacaq". Bunu MİDA-nın direktoru Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, plana əsasən, Hövsan qəsəbəsində 3000-ə yaxın mənzilin tikintisi nəzərdə tutulub: "Həmin ərazidə sosial və məişət infrastrukturu da qurulacaq. Bununla yanaşı, digər layihələr üzrə də işlər aparılır və istənilən yenilik barədə ictimaiyyət məlumatlandırılacaq".
"Martın ayının 10-dan etibarən Bakıda və Sumqayıtda yerləşən "ASAN xidmət" mərkəzilərinə güzəştli şərtlərlə mənzil almaq istəyən 32 mindən artıq vətəndaş müraciət edib, onlardan 17-18 mini müvafiq kateqoriyaya daxil edilmiş şəxslərdir. İlk növbədə onların qeydiyyatı aparılıb. Həmin şəxslər tam bərabər hüquqlara malikdir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, güzəştli şərtlərlə mənzil əldə etmək hüququ olan şəxslər eyni zamanda "Azərbaycan İpoteka Fondu" ASC-nin təklif etdiyi güzəştli ipotekadan da yararlana bilirlər", - deyə S.Nuriyev əlavə edib.
MİDA rəhbəri onu da bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər: "Təbii ki, bir dövlət qurumu olaraq biz öz təkliflərimizi verə bilərik. Biz ilkin qeydiyyatın gedişatını izləyirik. Qeydiyyat başa çatdıqdan sonra biz artıq elektron bazaya malik olacağıq. Məhz bu siyahının təhlili aparıldıqdan sonra biz kateqoriyaları genişləndirə bilərik". (apa)
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı







.jpg)






.jpg)












.jpg)








