Əmlak
Hərracda 33 dövlət əmlakı özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib.
Komitədən Publika.az-a verilən məlumata görə, bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, əksər əmlakların rəqabətli olması buna əyani sübutdur.
Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir.
Qeyd edilməlidir ki, budəfəki hərracda vətəndaşlarımız Elektron hərracın üstünlüklərindən faydalanıblar. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub.
Budəfəki hərracda özəlləşdirilən 33 əmlaklardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.
Özəlləşən kiçik dövlət müəssisələrinin 2-i paytaxtın Sabunçu və Qaradağ rayonlarında digəri isə Abşeron rayonunda yerləşir. Abşeron rayonunda yerləşən 21 saylı mağaza xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 206 kv.m, torpaq sahəsi isə 250 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən 22 saylı avtodayanacaq da sahibi üçün əlverişli əmlakdır.
Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak Sabirabad Tədarük ASC-dir. Yarımçıq tikilisi isə Göyçay rayonunda yerləşən Barama toxumu zavodudur. Adı çəkilən əmlakın torpaq sahəsi 11 min kv.m-ə yaxındır.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı







.jpg)





.jpg)













.jpg)








