Əmlak
114 dövlət əmlakı HƏRRACA çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində növbəti hərrac keçiriləcək.
Komitədən Publika.az-a verilən məlumata görə, investorlar seçimini 114 dövlət əmlakı üzrə aparacaqlar. Bunlardan 19-u səhmdar cəmiyyətləri, 38-i kiçik dövlət müəssisə və obyekti, 48-i istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin 10-u sənaye, 6-sı tikinti, 3-ü təmir sahəsinə aiddir. Həmin səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Sumqayıt, Bərdə, Beyləqan, Goranboy və digər bölgələrdə yerləşir.
Məişət, iaşə, qida, toxuculuq sahəsində öz biznes fəaliyyətini qurmaq istəyənlər üçün kifayət qədər əmlaklar var. Eyni zamanda alıcılar təmir, sənaye, nəqliyyat sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Daşkəsən, İmişli, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir.
İnvestorlar prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyətini torpaq sahəsi ilə birlikdə özəlləşdirə bilərlər. Həmin əmlakların həm torpaq sahəsinin, həm də tikilisinin ayrıca qiymətləndirilməsi aparılıb.
Budəfəki hərracda da vətəndaşların az vəsaitlə çox gəlir götürmək imkanı var. Alıcılar 150 manat beh ödəməklə Gəncədə yerləşən 32 saylı mağazaya sahibi ola bilərlər. Sərmayəçilər obyektə kapital yatırmaqla ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilərlər. Həmin əmlakın ümumi faydalı sahəsi 45 kv.m-dən çox, torpaq sahəsi isə 60 kv.m-ə yaxındır.
İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri "Beyləqan
Yağ-Pendir” Zavodudur. Sərmayəçi adı çəkilən əmlaka kapital
yatırmaqla biznesini yeyinti sənaye sahəsində fəaliyyətini
genişləndirə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə
yaxındır. Ərazisinin geniş olması isə investora əlavə iqtisadi
fayda gətirə bilər.
Özəlləşdirilməyə çıxarılan qeyri-yaşayış sahəsinin 36-sı Bakıda,
qalanı isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə
yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 12 kv.m ilə 419
kv.m arasında dəyişir. Bu isə investorların biznes planına uyğun
istədiyi əmlakı tapmağa imkan yaradır.
İstehsal ili yeni olan avtomobillər investorlara təqdim olunur. Cəmi 350 manat beh ödəməklə buraxılış tarixi 2007-ci il olan FIAT Doblo-ya sahib olmaq mümkündür.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı







.jpg)





.jpg)













.jpg)








