Əmlak
Maaşdan gəlir vergisi ləğv edilir - Ekspert AÇIQLADI
İqtisadçı ekspert Vüqar Bayramov bu gün cəmiyyətdə ən çox müzakirə edilən mövzularla bağlı sualları cavablandırıb. Ekspert gəlir vergisi ilə bağlı güzəştlərin şərtləri, avro ilə bağlı gözləntilər, neftin qiyməti və “Douing Business” təşkilatının hesabatında Azərbycanın yeri ilə bağlı məqamları şəh edib.
- Təklif olunan gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq?
- Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.
- Xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar nələri əhatə edir?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı
yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə
çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti
müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə
ardıcıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək
müqaviləsi ilə işləyəcəkllər. Onlara xidməti müqavilə çalışmaq
imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə
uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə
çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti
müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin
şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir.
3. Avro niyə dəyər itirir və gözləntilər nədir? Avrozonada mövcud
siyasi və iqtisadi dəyişikliklər avronun kursunun azalmasına səbəb
olub. Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri
proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0.2 faiz
iqtisadi artım qeydə alınıb. Buna rəğmən infilyasiya göstəricisi
gözləniləndən daha yüksəkdir. Bu arada Almaniya kanslerinin
seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz
ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də
avronu sarsıldan səbəblərdən hesab edilir. Avronun məzənnəsində
yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da
gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə
biləcək. Amma Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası
problemlər qalarsa o zaman avro yeni “qara günlərini” yaşaya bilər.
Qeyd edək ki, bu ilin martında 1 avro almaq üçün 1.24 dollar ödəmək
lazım idisə indi tələb edilən məbləğ 1.13-dək azalıb. Bu avronun
yalnız son 6 ayda 9 faiz ucuzlaşması deməkdir.
- Dünya Bankının 2019-cu il üçün "Bizneslə Məşğul olmaq" hesabatında Azərbaycanın mövqeynin kəskin yaxşılaşması nə ilə bağlıdır?
- Bankın hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə
dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə
siyahısına daxildir. Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən
yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci
illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk
onluqda birincidir. Türkiyə 7 islahat ilə ikincidir. Dünya Bankının
qiymətləndirmələrinə görə, bura tikinti üçün icaizənin verilməsi
üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün
ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit
bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi
fəaliyyətlər daxildir.
- Neftin qiymətindəki azalmalar davam edəcəkmi?
- Proqnozlaşdırdığımız kimi neft dəyər itirməkdə davam edir. Son aylar neftin qiyməti ilk dəfə olaraq Bent markalı neftin 1 barelinin qiyməti 75 dollardan aşağı düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarına psixoloji hazır olan bazar Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra neft ölkələrindən əlavə təklif alır. Digər tərəfdən, BP Global daxil olmaqla digər neft şirkətləri də yüksək neft qiymətlərinə ehtiyatla yanaşırlar. Bu o deməkdir ki, neftin qiymətinin orta müddətli dövrdə artması deyil azalması daha çox inandırıcıdır.
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17 Aprel 17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi














.jpg)








.webp)
















