Əmlak
Bakıda 8 bina SÖKÜLƏCƏK - VİDEO
Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb.
Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün ödənişlər ediləcək. Artıq bir neçə sakinlə razılıq əldə edilib.
Yaşayış binalarını tikəcək şirkətin hüquqşünası Vamiq Şükürov deyib ki, binalar tam hazır olduqdan sonra sakinlər yeni mənzillərə köçürüləcək. Onlara köçürüldükləri mənzillərin kvadratından 20-25% artıq kvadratda və təmirli mənzillər təqdim ediləcək. Bununla yanaşı, söküləcək yaşayış binalarında olan obyektlərin sahiblərinə də yeni binalardan obyektlər veriləcək. Yaşayış binalarının 2 il müddətində tikilib başa çatdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...







.jpg)





























.jpg)

