Azərbaycanda səhmdar cəmiyyətlər və dövlət müəssisələri satışa çıxarılır - SİYAHI
Bizi izləyin

Əmlak

Azərbaycanda səhmdar cəmiyyətlər və dövlət müəssisələri satışa çıxarılır - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 25 avqust tarixində təşkil ediləcək.

Publika.az xidmətə istinadən xəbər verir ki, hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisəsi, 2-si qeyri-yaşayış sahəsi, 3-ü isə yarımçıq tikilidir.

Bildirilir ki, sənaye, nəqliyyat, inşaat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı Bakı, Lənkəran, İmişli, eləcə də digər şəhər və rayonlarda yerləşir: "Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin şəffaf və rahat iştirakı təmin edilir.

Hərraclarda iştirak etmək istəyənlər Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilər".

2020-ci il avqust ayının 25-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat

Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında %-lə
1 Ağdaş Quşçuluq №463 23.03.1998 Ağdaş rayonu, Qaradağlı kəndi 677482.20 338741 2.00 101662 30.01 203324.00 101662.00 10166.20
2 Bərdə Tikinti Quraşdırma №14 30.01.2007 Bərdə rayonu, Alaçadırlı kəndi 184782.00 92391 2.00 41442 44.86 82884.00 41442.00 4144.20
3 Bərəkət №180 30.04.1997 Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 93970.40 46985 2.00 14100 30.01 28200.00 14100.00 1410.00
4 Beyləqan Sənaye Kombinatı
№58 15.03.2007
Beyləqan rayonu, 1-ci Şahsevən kəndi 14234.00 7117 2.00 3068 43.11 6136.00 3068.00 306.80
5 Biləsuvar Broyler №388 02.03.1998 Biləsuvar rayonu, Nəsimi kəndi 297458.00 148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
6 Cəlilabad Məişət №651 28.08.1997 Cəlilabad şəhəri, Ərdəbil küçəsi, 11-ci məhəllə 410807.80 205404 2.00 61631 30.00 123262.00 61631.00 6163.10
7 Goranboy Aqrotexservis №1084 01.12.1997 Goranboy rayonu,Qızılhacılı kəndi 453877.60 226938 2.00 68121 30.02 136242.00 68121.00 6812.10
8 İmişli Yağ Pendir №660 29.08.1997 İmişli rayonu, Rəsullu kəndi 238217.60 119109 2.00 35773 30.03 71546.00 35773.00 3577.30
9 İsmayıllı Sənaye İstehsal №76 30.03.2007 İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, 6 138698.00 69349 2.00 31084 44.82 62168.00 31084.00 3108.40
10 İsmayıllı Təmir Tikinti №125 27.04.2012 İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, 40 31952.00 31952 1.00 14354 44.92 14354.00 7177.00 717.70
11 Masazır Quşçuluq №134 23.01.1998 Abşeron rayonu, Masazır kəndi 513726.40 256863 2.00 77117 30.02 154234.00 77117.00 7711.70
12 Qax Taxıl №121 10.04.1997 Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, 30 1001294.80 1001296 1.00 301241 30.09 301241.00 150620.50 15062.05
13 Saatlı Broyler №462 23.03.1998 Saatlı rayonu, Varxan kəndi 463832.20 231917 2.00 69602 30.01 139204.00 69602.00 6960.20
14 Sabirabad Təmir-tikinti №117 04.05.2007 Sabirabad rayonu, Kürkəndi kəndi 20734.00 10367 2.00 4646 44.82 9292.00 4646.00 464.60
15 Salyan Aqrotexservis № 834 13.10.97 Salyan şəhəri,Plastmass massivi 641198.00 320599 2.00 96191 30.00 192382.00 96191.00 9619.10
16 Salyan broyler №376 26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118.00 560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
17 Şəmkir №301 16.06.1997 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 150418.20 75209 2.00 22836 30.36 45672.00 22836.00 2283.60
18 Şüvəlan №222 29.09.2000 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1466583.40 733291 2.00 220008 30.00 440016.00 220008.00 22000.80
19 Yevlax Kəndnəqliyyat № 833 13.10.1997 Yevlax şəhəri, Nizami küçəsi, 37 225900.60 112950 2.00 33906 30.02 67812.00 33906.00 3390.60
20 Yevlax Təkrar Xammal №648 20.04.1998 Yevlax şəhəri, Nizami küçəsi,11 172990.60 86495 2.00 25987 30.04 51974.00 25987.00 2598.70
21 Yevlax tikinti servis №28 29.01.2010 Yevlax şəhəri, Nizami prospekti, dalan 2, bina 2 9012.00 225300 0.04 67853 30.12 2714.12 1357.06 135.71
22 Yevlax Yük Avtonəqliyyat №649 20.04.1998 Yevlax şəhəri, Pişəvəri küçəsi, 8 316887.20 158443 2.00 47543 30.01 95086.00 47543.00 4754.30
23 Zərdab Aqrotexservis №1185 15.12.1997 Zərdab şəhəri, RTS küçəsi,1 962055.60 481027 2.00 144316 30.00 288632.00 144316.00 14431.60

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2020-ci il avqust ayının 25-də saat 09:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.

Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 193 nömrəli çağrı mərkəzi vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm