Əmlak
Rayonların işğaldan azad edilməsi mənzil bazarına necə təsir edəcək? - EKSPERT
“Daşınmaz əmlak bazarında qiymət təzyiqi müəyyən qədər azalacaq. Ümumiyyətlə, yaxın gələcəkdə-gələn ilin sonuna, o biri il qiymətlərin artımı mümkünsüz sayılır. Ola bilsin ki, müəyyən qədər azalma getsin”.
Publika.az xəbər verir ki, bunu “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov işğaldan azad olunan rayon və kəndlərin daşınmaz əmlak bazarına təsiri ilə bağlı danışarkən qeyd edib.
N.İbrahimov bildirib ki, bir tərəfdən pandemiya, digər tərəfdən torpaqların işğaldan azad olunması daşınmaz əmlak bazarına təsir edəcək: “Təbii ki, həmin ərazilərin bərpasına da xeyli vəsait ayrılacaq. Əvvəlcə o vəsaitin bir hissəsi Bakı şəhərində və yaxud ətrafda infrastruktur layihələrinə yönəlirdi, amma indi o vəsaitlərin hamısı işğaldan azad olunan rayon və kəndlərin bərpasına yönələcək. Yəni o da son nəticədə Bakı şəhərində daşınmaz əmlak bazarında qiymət təzyiqinin azalmasına səbəb olacaq. Təbii ki, bu da qiymətlərin müəyyən qədər azalması deməkdir”.
N.İbrahimovun sözlərinə görə, torpaqların işğaldan azad olunması və məcburi köçkünlərin öz torpaqlarına qayıtması Bakı şəhərində əhali sıxlığına da təsir edəcək: “Təsəvvür edin, Bakı şəhərinin qəsəbələrinin bir çoxunda qaçqın və köçkünlər üçün evlər tikilib. Baxmayaraq ki, evlər orada tikilib, amma iş yerləri şəhərin mərkəzi hissəsindədir. Bu da şəhərdə həm avtonəqliyyat vasitələrinin, həm insanların hərəkətində, həm də metro stansiyalarında müəyyən sıxlıq yaradır”.
Şamo Emin
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı






.jpg)




.jpg)

























.jpg)

