Əmlak
Gürcüstandan Azərbaycana gətirilən bu məhsullara qadağa qoyuldu
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixiləri ilə daxil olan məhsul partiyalarında (12.10.2020 və 03.10.2020 istehsal tarixli, ümumi çəkisi 3.07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Qeyd edək ki, 2020-ci il ərzində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif çəkidə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanmış və Agentlik tərəfindən məhsulların satışına qadağa tətbiq edilmiş, bununla bağlı Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim edilmişdir. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə AQTA-ya zəmanət məktubu təqdim edilmiş və həmin məlumat əsasında yenidən sözügedən şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilmişdir. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
AQTA bir daha sahibkarları diqqətli olmağa, ölkəyə qida məhsullarının idxalı zamanı idxal tələblərini nəzərə almağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama







.jpg)




























