Əmlak
Müflisləşən sığorta şirkətinin 131 min manatlıq əmlakı satıldı
Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əsas vəsaiti və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı həyata keçirilib.
Şirkətin ləğvetmə komissiyasından Publika.az-a bildirilib ki, məhkəmənin müflis olma ilə əlaqədar 2020-ci il sentyabrın 14-də vermiş olduğu qərarın qüvvəyə mindiyi gündən etibarən sığorta şirkətinin balansında olan 11 ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərrac yolu ilə satılıb. Satılmış avadanlıqlar və avtomobillərdən ümumilikdə 130 min 743 manat vəsait əldə olub.
Şirkətinin əsas vəsaiti və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı “Bakı Hərrac Mərkəzi” MMC və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən həyata keçirilib.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə şirkətin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 2020-ci il sentyabrın 14-də qüvvəyə minib.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama







.jpg)




























