Əmlak
Bakıda evləri park ərazisinə düşən şəxslər 2,5 milyon tələb etdi - FOTO
Bakının mərkəzində yerləşən Qış parkının ərazisinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Publika.az xəbər verir ki, hazırda parkın yuxarı hissəsində, yəni Yasamal rayonu Nəriman Nərimanov prospektinin şimalı istiqamətində genişləndirilmə layihəsi icra edilir. Artıq ərazidəki ev və digər obyektlərin böyük əksəriyyəti sökülüb. Lakin prospektin kənarında, orta məktəbin yaxınlığında yerləşən 2 mərtəbəli mülkün sahibləri isə onlara təklif edilən kompensasiya ilə razılaşmayıblar.
Mülkün sahibi olan 2 ailə söküntü qarşılığında təxminən 2,5 milyon manat ödənilməsini tələb ediblər. Bu səbbədən də tərəflər arasında fikir ayrılığı yaranıb və həmin bina toxunulmadan saxlanılıb.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin şəxslər ərazi üzrə real əmlak qiymətlərindən kəskin artıq kompensasiya tələb edir.
Muxtar
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama







.jpg)




























