Əmlak
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.
Publika.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O, bildirib ki, mart ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 1,25% bahalaşıb.
Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 971 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı gözlənilən idi.
N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.
Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur. Belə ki, fərdi yaşayış və bağ evlərin kirayə qiymətləri +3,58% artıb. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır. / "Trend"
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama







.jpg)




























