Əmlak
Azərbaycanda bu yataqlar satışa çıxarılır - QİYMƏTLƏR
İyulun 20-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə Qusar rayonunda yerləşən "Qənərçay" qum-çınqıl və Siyəzən rayonunda yerləşən "Dərəzarat" əhəng daşı yatağının istifadəyə verilməsi ilə bağlı hərrac təşkil edəcək.
Bu barədə Publika.az-a ƏMDX-dan bildirilib.
Məlumata görə, "Qənərçay" yatağının 70 000 m2 sahəsi 5 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiymət 21 000 manat, beh məbləği isə 2 100 manat müəyyən edilib. "Dərəzarat" yatağının 50 000 m2 sahəsi isə 3 LOT üzrə hərraca çıxarılır. Yatağın istismar müddəti 25 il, istismar üçün başlanğıc qiyməti 123 860 manat, beh məbləği isə 12 386 manat müəyyən olunub.
İddiaçılar iştirakla bağlı sənədləri 13 iyul, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək







.jpg)





























