Əmlak
Bu tarixdən ayda 128 manat ödəməklə mənzil ala bilərsiniz
Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
Agentlikdən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Studio tipli mənzillərin qiyməti - 29 665 manat, 1 otaqlı mənzillərin qiyməti - 30 175 manat, 2 otaqlı mənzillərin qiyməti - 48 110 manat, 3 otaqlı mənzillərin qiyməti - 63 325 manatdır.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
|
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
|||
|
Studio tipli |
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
|
4% |
3-30 il |
10% |
128 manat |
130 manat |
207 manat |
272 manat |
|
* Aylıq ödəniş - mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
|
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
|
Studio tipli |
29 665 |
2 966 |
26 699 |
|
1 |
30 175 |
3 017 |
27 158 |
|
2 |
48 110 |
4 811 |
43 299 |
|
3 |
63 325 |
6 332 |
56 993 |
|
Qeyd edək ki, mənzillərin satış qiymətinə ƏDV daxildir. |
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR
-
Sosial11:20Azərbaycanda əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?


























