Əmlak
Sənədsiz evi olanların NƏZƏRİNƏ: buna ehtiyac yoxdur
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) sənədsiz evlərin sənədləşdirilməsi prosesinin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir.
Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Komissiya üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayırlar.
İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflərin hazırlanacağı gözlənilir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək







.jpg)






























