Əmlak
Bakıda torpaq ucuzlaşdı
Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb.
Publika.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, ötən ilin sentyabr ayı ilə müqayisədə də torpağın qiymətində 4,72 faiz azalma baş verib. Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın orta qiyməti 20 800 manat təşkil edib.
Ekspert qeyd edib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahələrinə marağın azalması ilə bağlıdır. Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.
Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək







.jpg)






























