Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Bizi izləyin

Əmlak

Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?

Məlum olduğu kimi, hər birimiz üçün rahat və gözəl yaşayış sahəsinə malik olmaq müəyyən dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, hər bir şəxs arzuladığı evi əldə etmək üçün zamanının kifayət qədər böyük bir hissəsini, bəzən isə həyatının ən məhsuldar dövrünü sərf etmiş olur. Bir çox hallarda vətəndaşlar evlərinin təmiri zamanı dələduz "usta"ların qurbanına çevrilir. Bəs, təmir dələduzlarından özümüzü necə sığortalaya bilərik?

Publika.az xəbər bverir ki, Hüquqşünas Arif NəzərovTrend-ə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var və mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Təmir dələduzlarından qorunmaq üçün ilkin mərhələ onların istifadə etdikləri üsullara diqqət etmək lazımdır. Belə ki, saxta endirim kompaniyalarına və reklam çarxlarına, onlara aidiyyəti olmayan təmirli mənzillərin nümunə kimi göstərilməsinə, təmir işləri çərçivəsində dizayn xidmətinin və ya hər hansı başqa işin hədiyyə olunması vədlərinə və ya digər oxşar hallara aldanmaq lazım deyil.

Azərbaycan Respublikası Mülki Məcəllənin 753.1-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Bununla əlaqədar, təmir fəaliyyəti ilə “məşğul olan” dələduzlar mənzil mülkiyyətçilərinin pul vəsaitlərini mənimsənilməsi üçün tərəflər arasında imzalanan müqavilədə görüləcək işlərin ümumi dəyərinin əlli faizinin öncədən ödənilməsinə dair müddəaların təsbit olunmasında israrlılıq nümayiş edirirlər. Dələduz şirkət nümayəndələrinin podrat müqavilələrində sözügedən müddəanın əks olunmasının əsas arqumenti kimi isə istifadə olunan təmir materiallarının bazar qiymətinin artması riskləri bildirilir.

Həmçinin, müqavilə şərtlərinə əsasən ilkin mərhlədə ödənilmiş vəsaitin real olaraq xərclənməsi görüntüsünü yaratmaq, eləcə də yerdə qalan vəsaitin mənimsənilməsi üçün zəmin yaradılması məqsədilə mənzillərdə söküntü, təmizləmə işləri aparılır, keyfiyyəti şübhəli olan təmir materialları gətirilir və qısamüddətli də olsa usta-fəhlə heyətinin iştirakı təmin edilir".

Hər hansı təmir işləri ilə bağlı müqaviləni imzalamazdan öncə təmir şirkətləri haqqında geniş məlumatın əldə olunmasını tövsiyə edilir. Belə ki, bu tip dələduz şirkətlər yaxın dövrdə yaradılmış olur və onların gördükləri işlərin həcminin bu qısa müddət ərzində icrası şübhə doğurur.

Mülki Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Belə ki, sözügedən dələduz firmalar tərəfindən nəzərdə tutulan işlərin icrasına qeyri-peşəkar heyətin cəlb olunması, işlərinə məsuliyyətsiz yanaşmaları mənzillərin yararsız hala düşməsinə və mülkiyyətçilər üçün sonradan əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Sonda hüquqşünas bildirib ki, mülkiyyətçilərin bu cür hallarla rastlaşdıqları təqdirdə, dərhal hüquq-mühafizə orqanlarına kollektiv şəkildə yazılı müraciətin edilməsi məqsədəuyğundur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm