Əmlak
Bina evində yaşayanların NƏZƏRİNƏ! - Bu şəxslərə pul verməyin (VİDEO)
Bakıda sovet dövründən qalmış çoxmənzilli yaşayış binalarının bir qismini hələ də Mənzil Kommunal İstismar Sahələri idarə edirlər. Müəyyən xidmətlər müqabilində onlara ödəniş edilir. Millət vəkilləri və ekspertlər bildirirlər ki, Mənzil İstismar Sahələrinin ödəniş toplamaq hüququ yoxdur. Bir neçə il bundan əvvəl müvafiq qanunvericiliyə edilmiş dəyişikliklə bu səlahiyyət ləğv edilib. Bəs görəsən hazırda fəaliyyət göstərən Mənzil İstismar Sahələri bu məsələni necə şərh edirlər?
Publika.az xəbər verir ki, sovet dövründə tikilib istifadəyə verilmiş çoxmənzilli binaların bir hissəsi hələ də Mənzil Kommunal İstismar Sahələrinin balansındadır. Vətəndaşlar binaların həyətlərinin təmizlənməsinə görə bu qurumlara ödəniş etdiklərini bildirirlər.
Millət vəkili Nurlan Həsənov deyir ki, sakinlər Mənzil İstismar Sahələrinə ödəniş etmələri qanuni deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl qanunvericiliyə edilmiş dəyişiklikdən sonra onların bu səlahiyyəti aradan qaldırılıb.
Ekspertlər bildirirlər ki, ''Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında'' qanunda edilən dəyişikliyə əsasən, mənzil istismar sahələri yalnız sahə mükiyyətçilərinin bununla bağlı qərarı əsasında idarəetməni həyata keçirə bilərlər. Yaşayış sahəsinin saxlanması üçün hansısa vəsaitin ödənilməsi idarəetməni həyata keçirən qurumla müvafiq xidmət müqaviləsində öz əksini tapmalıdır. Əgər müqavilə yoxdursa, vəsaitin toplanması qanunsuzdur.
Məsələyə münasibət bildirən Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov deyib ki, Mənzil İstismar Sahələrinin başlıca vəzifəsi sovet dönəmindən qalan binaların idarə olunmasıdır. O bildirib ki, bina sakinləri Müştərək Cəmiyyət yaratmadıqları üçün hazırda bu proses Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilir.
Elçin Həşimov qeyd edib ki, vətəndaşlar müştərək cəmiyyət yaratsalar, Mənzil İstismar Sahələri fəaliyyətini dayandıracaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO







.jpg)


























