Əmlak
Azərbaycanda mənzillərin qiyməti bahalaşdı
Ötən ay təkrar mənzil bazarında bir mənzilin orta qiyməti oktyabrla müqayisədə 1,74% artaraq 144 604 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə satışa çıxarılan təkrar mənzillərdə 21,29% azalma müşahidə olunub.
Bunu Publika.az-a “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, noyabrda ilkin mənzil bazarında mənzilin bir kvadratmetri 1394 manata satılıb: “Bu isə oktyabrla müqayisədə 3,95% artım deməkdir. Yeni mənzillərin orta qiyməti oktyabr ayına nisbətdə 0,38% artaraq 176 334 manat olub. Bahalı mənzillərə gəlincə, təkrar mənzil bazarındakı ən bahalı mənzillərin bir kvadratmetrinin orta qiyməti 2999 manat, ilkin mənzil bazarında isə 2261 manat olub”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, son 1 ayda mənzil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunur: “Göstəricilərə diqqət yetirsək görərik ki, mənzil bazarında ciddi dəyişiklik qeydə alınmayıb. Belə ki, əvvəlki dövrlərdə biz daha çox artıma istiqamətlənən tendensiyaları müşahidə edirdik. Ancaq son 1 ayda bu proses dayanıb və daha çox qiymətlərin stabilləşməsi müşahidə olunur. Digər seqmentlərdə də vəziyyət mənzil bazarına oxşardır. Ancaq mənzil bazarında bu proses daha tez və qabarıq şəkildə özünü göstərir. Bazarın müəyyən iştirakçıları bazardakı aktivliyi tam olmasa da, qismən qoruyub saxlaya bilirlər”.
Ekspert qeyd edib ki, mənzil bazarı üçün orta qiymət bu gün əhəmiyyətli bir dəyişikliyə gətirmir: “Məsələn, bu gün mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1743 manatdırsa, şəhərin elə hissələri var ki, orada mənzilin bir kvadratmetri qeyd olunan bu orta qiymətdən iki və daha çox dəfə yüksəkdir. Eyni zamanda bəzi ərazilərdə bundan aşağıdır. Orta qiymət bəzən bazarı tam olaraq təhlil etməyə imkan vermir. Amma buna baxmayaraq, deyə bilərik ki, bütün göstəricilərdə zaman-zaman dəyişmələr, artımlar daha çox orta qiymətlərə təsir göstərir. Qiymət artdıqca təbii olaraq orta qiymət də dəyişir”.
R.Osmanlı əlavə edib ki, növbəti ildən daşınmaz əmlak bazarında, o cümlədən mənzil bazarında daha yeni tendensiyaları müşahidə edəcəyik.
Akqabay Mıradov
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























