Əmlak
Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ
“2022-ci ildə mənzillərin satış qiymətində artım olacaq. Çünki bu il tikinti materiallarının qiyməti çox bahalaşdı, hətta bəzilərində qiymət iki dəfəyə qədər qalxdı. Bu isə daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək”.
Bunu Publika.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert hesab edir ki, qiymət artımı daha çox yeni tikiləcək binalarda olacaq: “Hazırda tikinti materiallarının qiyməti artmağa davam edir. Bu isə birbaşa olaraq tikintinin maya dəyərinə təsir edir. Tikintinin maya dəyəri artdığı üçün mənzillərin qiymətində də artım olacaq. Digər bir səbəb tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda olmasıdır. Mövcud torpaq sahələrində isə qiymətlər çox yüksəkdir. Şirkətlər buna gedə bilmirlər, çünki baha qiymətə aldığı torpaq sahəsinin üzərində inşa edəcəyi binadakı mənzilləri minimum 30-40% yüksək qiymətə satmalıdır. Digər tərəfdən, pilot layihələrə salınan istifadəyə yararsız köhnə binaları söküb onların yerində yenilərini inşa etmək də baha başa gəlir. Bu məsələdə digər problemlər də mövcuddur, xüsusilə də əmlak sahibi ilə tikinti şirkətləri arasında narazılıqlar yaranır. Bu isə tezliklə həllini tapmalıdır və vətəndaş tikinti şirkətinə etibar etməlidir. Həmçinin dövlət qurumlarından nümayəndələr prosesdə yaxından iştirak etməlidir”.

Elnur Fərzəliyevin sözlərinə görə, hazırda tikilməkdə olan binalarda da qiymət artımı müşahidə olunur: “Çünki tikinti materiallarının qiyməti hər ötən gün daha da artır. Tikintilərlə bağlı şərtlər də sərtləşdirilib. Düzdür, bu sərtləşdirmələr şəhərsalmanın qorunması üçündür və tikinti əmsallarının azaldılması nəzərdə tutulub. Ancaq hər halda, bu da qiymətlərə öz təsirini göstərir”.
E.Fərzəliyev qeyd edib ki, hazırda bayramla əlaqədar olaraq daşınmaz əmlak bazarında durğunluq yaşanır: “Hər il dekabr ayının 15-dən yanvarın 15-nə qədər daşınmaz əmlak bazarında nisbətən durğunluq olur. Ancaq oktyabr və noyabr aylarında vəziyyət digər dövrə nisbətən daha dinamik olub və alıcı kütləsi çox olub. Bu, çıxarışlı mənzillər üzərindən aparılan statistikadır”.
Akqabay Mıradov
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi






.jpg)


.jpg)

.jpg)






















.jpg)
.jpg)
