Əmlak
Kirayə mənzil bazarında son durum: Qiymət artımının SƏBƏBLƏRİ
“Hazırda kirayə mənzil bazarında qiymətlər sabitdir. Amma mövsümlə əlaqədar gündəlik kirayə məqsədilə istifadə olunan mənzillərin və bağ evlərinin qiymətlərində qısamüddətli artımlar müşahidə edilir”.
Bu sözləri Publika.az-a açıqlayan əmlak eksperti Ramil Osmanlı bildirdi ki, vəziyyət artıq sabitləşməyə doğru gedir:
“Krayə mənzil bazarı üçün ən fəal dövr 10-15 gündən sonra başlayacaq. Avqust ayının ortalarından etibarən tələbələrin paytaxta axını başlayır, bu da mənzil bazarında müəyyən qədər bahalaşmaya səbəb olacaq. Bu da təbiidir, müraciətlər və tələb artdıqca qiymətlər də qalxır. Tələbə bumu başa çatandan sonra qiymətlər yenidən sabitləşir”.
Ekspertin sözlərinə görə, cari ilin ilk dörd ayı ilə müqayisədə indi qiymət artımı müşahidə edilir və bunun nə vaxtacan davam edəcəyini proqnozlaşdırmaq çətindir:
"Ona görə ki, artım bütün istehlak qiymətlərində baş verir. Son günlər tikinti materialları bazarında da kəskin bahalaşma yaşanır. Mənzil alqı-satqısı və kirayəsində, eləcə də inşaat materialları bazarındakı qiymət artımının bir səbəbi də regionda davam edən münaqişələr, siyasi-iqtisadi gərginlikdir".
Rövşən Ziya
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi






.jpg)


.jpg)

.jpg)






















.jpg)
.jpg)
