Əmlak
Tələbə KİRAYƏ EV axtarır: harda və neçəyədir?
“Hər il avqust-sentyabr aylarında kirayə mənzil bazarında ajiotaj yaşanır. Bu proses sentyabrın sonuna qədər davam edir. Bölgələrdən geri qayıdan və yeni tələbələr paytaxtın əmlak bazarında özlərinə kirayə ev axtarır. Son illər onlar üçün ucuz qiymətə kirayə mənzil tapmaq çox çətinləşib”.
Bunu Publika.az-a açıqlayan əmlak eksperti Elnur Fərzəliyev fikrini belə əsaslandırdı ki, 2016-cı ildən etibarən paytaxtda yeni tikinti layihələri həyata keçirilir:
“Çoxmənzilli köhnə yaşayış binaları sökülür, əvəzində göydələnlər tikilir və bu proses ən azı 2-3 il çəkir. Bu müddət ərzində də köhnə binaların sakinləri məcburən kirayəyə çıxmalı olurlar. Bu binalardakı ucuz qiymətə kirayəlik mənzillər bazardan çıxır, onların yerinə yeni binalardakı mənzillər təklif olunur. Və bu zaman kirayə haqqı iki dəfə bahalaşır. Əgər köhnə binada birotaqlı mənzil 300 manata, 2 otaqlı mənzil 400 manata, 3 otaqlı isə 500 manata təklif olunursa, yeni binalarda qiymətlər müvafiq olaraq, 400-800 manat arasında dəyişir. Kommunal xərcləri də üstünə gəldikdə, qiymət çıxır kəllə-çarxa”.

Ekspertin sözlərinə görə, məhz bu səbəbdən tələbələr üçün şəhərin mərkəzinə yaxın ərazilərdə mənzil tapmaq çox çətinləşib:
“Buna görə də onlar şəhərətrafı və Abşeron ərazisində yerləşən kəndlərə üz tuturlar. Çünki, burada kirayə evlər nisbətən ucuzdur. Ancaq bu da onlar üçün problemlərə səbəb olur, tələbə vaxtının bir neçə saatını yollarda sərf edir. Problemi yaradan bir səbəb də paytaxtda tələbə yataqxanalarının sayının azlığıdır. Məlumdur ki, bu vaxta həmin yataqxanalarda qalqaın və məcburi köçkünlər məskunlaşmışdı, indi böyük əksəriyyəti dövlət tərəfindən yaşayış yeri ilə təmin olunub, yataqxanaların çoxu boşalıb. Digər tərəfdən torpaqlarımız azad olunub və bu ərazilərdə yeni yaşayış məskənləri inşa olunduqca, onlar öz tropaqlarına qayıdacaqlar. Bu da bütün yataqxanaların boşalmasına səbəb olacaq. Ancaq hazırda onların əksəriyyəti qəzalı vəziyyətdədir”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)


























.jpg)


