Əmlak
Tikinti materialları yenidən bahalaşdı - DETALLAR
“Azərbaycana idxal olunan tikinti materialları əsasən 2020-ci ildən, yəni pandemiya dövrü ilə paralel bahalaşmağa başladı. Bu dövrdə dövlət sərhədləri bağlandı, daşınma və logistika isə çətinləşdi”.
Bu barədə Publika.az-a danışan inşaat mütəxəssisi Elnur Fərzəliyev bildirdi ki, Azərbaycanda istifadə olunan materialların böyük hissəsi Rusiyadan, digər qismi isə Ukraynadan gətirilir:
“Bunlar əsasən taxta-şalban, dəmir məmulatları, metal konstruksiyalar, alüminium və digər məhsullardır. Rusiya-Ukrayna müharibəsi başlayandan bahalaşma daha da sürətləndi”.

Son illər Azərbaycana tikinti materiallarının idxalının xeyli artdığına diqqəti çəkən ekspert səbəbini belə açıqladı:
“Bu, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və inşaat işləri ilə bağlıdır. Ölkəyə daxil olan materialların çoxu bu bölgəyə daşınır, nəticədə qiymətlər artır. Düşünürəm ki, bahalaşma Rusiya-Ukrayna müharibəsi başa çatana və quru sərhədlərimiz açılana qədər davam edəcək. Onu da nəzərə alaq ki, azad olunmuş ərazilərdə 140 adda təbii sərvətimiz var və bunun bir çoxu tikinti materalları üçün yararlıdır. Mərmər, qranit, filiz, lay daşları və s. Əgər ölkədə istehsal genişlənsə, mədənlər işə düşsə, ölkəmiz tikinti materialları istehsalçısına çevriləcək. Bu isə daxili istehsalın artmasına, qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
E.Fərzəliyev hesab edir ki, sahədə bahalaşma mənzillərin qiymətinə də təsir edir:
“Cari ilin əvvəlindən yeni tikilən çoxmərtəbəli binalarda qiymət artımı baş verir. Bəzi binalarda 15, bəzilərində isə 20 faizlik artım müşahidə olunur. Bir faktı da deyim ki, paytaxtın mərkəzində və ətrafında göydələnlərin inşasına yararlı torpaq sahələri getdikcə azalmaqdadır. Bu isə həm torpağın, həm də mənzillərin qiymətinin qalxmasına rəvac verir”.
Rövşən Ziya
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi







.jpg)





























