Əmlak
Mənzil sahiblərinin NƏZƏRİNƏ: bu əməliyyat ƏDV-dən azad edilir
2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətləri vergi inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin, eləcə də investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün aşağı salınması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericilikdə nəzərdə tutulan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Publika.az xəbər verir ki, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV- dən azad edilməsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub.
Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.
-
Rəsmi xronika09:52YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab






.jpg)




.jpg)

.jpg)

.jpg)



















.jpg)

