Əmlak
Yeni qərar: Boş mənzillərin vergisi artırılacaq
Türkiyə hakimiyyəti mənzil böhranını həll etmək üçün kirayə mənzillərin vergisini artırmaq niyyətindədir.
Publika.az xəbər verir ki, Türkiyə hökuməti sahibləri kirayəçilərdən yüksək kirayə haqqı tələb edən və hakimiyyətin 25%-lik limitlə bağlı qərarı ilə razılaşmayan mənzillərə vergiləri artırmaq niyyətindədir. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bir müddət əvvəl Türkiyə hökumətinin ev sahibləri üçün mənzillərin kirayə haqqının artırılması ilə bağlı məhdudiyyəti bir il müddətinə uzadıb. Belə ki, kirayə haqları maksimum 25 faiz artırıla bilər.
Sözügedən qərar mənzil sahibləri tərəfindən xoş qarşılanmayıb, çünki kirayə haqqının müəyyən edilməsində onların fikrincə, illik inflyasiya və istehlak qiymətləri indeksi nəzərə alınmalıdır. Rəsmi məlumatlara görə, Türkiyədə may ayında illik inflyasiya 40%-dən bir qədər aşağı olub. Türkiyənin mülki məhkəmələri mənzil kirayəsi xərcləri və kirayəçinin evdən çıxarılması tələbləri ilə bağlı iddialarla doludur, dinləmələr iddia açıldıqdan bir ildən gec olmayaraq təyin edilir.
Bildirilir ki, Türkiyə üzrə boş evlərin regional xəritəsi hazırlanacaq və yüksək kirayə haqqı gözlənilən həmin evlər üçün vergilər artırılacaq. Yüksək vergilər əvəzinə mənzil sahibləri daha aşağı əmlak qiymətləri və ya icarə haqqını seçməli olacaqlar.
Qəzet qeyd edir ki, kirayə haqqı ilə bağlı 25%-lik limit qərarı mənzil böhranının dərinləşməsinə səbəb olub.
"Hakim Ədalət və İnkişaf Partiyasından(AK Parti) bu məsələ ətrafında müvafiq qurumlarla məsləhətləşmələr aparacağı vurğulanır.
Sənəd üzərində işin qısa müddətdə yekunlaşacağı və təklif kimi Milli Məclisə təqdim ediləcəyi gözlənilir”, - deyə qəzet yazıb.
Türkiyənin Mərkəzi Bankı 2023-cü ilin yanvar ayı üçün əmlak qiymətləri indeksində daha əvvəl bildirmişdi ki, Türkiyədə mənzil qiymətləri bir il ərzində təxminən üç dəfə artıb. Ən böyük artım Antalya, Burdur və İspartada (195%-dən çox), o cümlədən Ədirnə, Tekirdağ və Kırklarelidə (174%), həmçinin İzmirdə (170%-i keçib) qeydə alınıb. İstanbulda 154 faiz artım olub.
Mehti Kamiloğlu
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA


























.jpg)


.jpg)







