Əmlak
Xəzərdəki zəlzələdən sonra satışa çıxarılan mənzillərin sayı artdı - VİDEO
Zəlzələyə görə torpaq sahələri və fərdi yaşayış evlərinin qiyməti bahalaşıb.
Publika.az xəbər verir ki, bir neçə gün öncə Xəzər dənizində qeydə alınmış 5.5 maqnitudalı zəlzələnin bəzi ərazilərdə də hiss olunması insanları təşvişə salıb.
Rieltor Mülkədar Rüstəmov deyir ki, bu hal son bir həftə ərzində qiymətlərə ciddi təsir edib.
Rieltorun sözlərinə görə, çoxmərtəbəli binalarda yaşayan sakinlər, xüsusən də yüksək mərtəbələrdə yaşayanlar mənzillərini artıq satışa çıxarıblar. Buna səbəb yeraltı təkanları həmin mənzillərdə daha çox hiss olunmasıdır. Eləcə də təkanların daha çox hiss olunduğu müəyyən ərazilərdə daha çox mənzil satışa çıxarılıb.
Mülkədar Rüstəmov qeyd edib ki, paytaxtın bəzi yerlərində yerləşən torpaq sahələri və ya fərdi yaşayış evləri müştərilərə daha çox maraqlıdır.
Rieltor onu da deyib ki, zəlzələ zamanı insanların yaşayış binalarının qarşısına toplaşması təhlükəsizlik baxımından doğru deyil. Hətta bəzi binaların toplanış məntəqəsi olmadığından sakinlər yaxınlarının fərdi yaşayış evlərinə üz tuturdular. Bu isə daşınmaz əmlakın bu növünə olan tələbatın artdığını bir daha göstərir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?







.jpg)





.jpg)























