Əmlak
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
Almaniyada Hessen əyaləti gənc cütlükləri ev sahibi olmağa təşviq etmək üçün "ilk ev alanlara" mənzil müavinəti verəcək. İki uşağı olan evli cütlük, evin ortaq sahibi olduqları təqdirdə 20 min avro, 18 yaşından kiçik hər uşaq üçün isə 5 min avro olmaqla, ümumilikdə 30 min avro (təxminən 55 min manat) alacaq.
Publika.az xəbər verir ki, Almaniyada təxminən 350 min türkün yaşadığı Hessen əyaləti, aztəminatlı ailələrə dəstək olmaq və mənzil böhranında yaranan sıxlığı aradan qaldırmaq üçün belə bir addım atıb. Qərar 2024-cü il martın 1-dən qüvvəyə minib. Yəni martın 1-də ev alanlar da bu hüquqdan yararlanacaqlar.
Ştat hökuməti həmçinin Federal Hökuməti ev alacaq gənc ailələri alqı-satqı vergisindən azad etməyə çağırıb. Yardım üçün vətəndaşlıq tələbi olmayacaq. İlkin şərt, şəxsin və ya ailənin Hessen əyalətinin sərhədləri daxilində yaşaması və evin Hessen əyalətində olmasıdır. Hessendə yaşamayan biri buradan ev alsa, vəziyyətin necə olacağı hələlik bəlli deyil. Ödəniş mənzil və ya lüks villa alanlar üçün də keçərli olacaq. Yardım alan cütlüklərin qanuni nikahda olması şərt deyil. Birlikdə yaşayanlar da bu hüquqdan yararlana biləcəklər.
Aysel Şahmar
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu






.jpg)




.jpg)























.jpg)

