Əmlak
Evlərin maya dəyəri 3 dəfəyə yaxın ARTDI - SƏBƏB
Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.
Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.
Publika.az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.
Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.
Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.
Ətraflı süjetdə:
-
Magazin203:43Dua Lipa stationda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək



















.png)


















