Əmlak
Bakının iki rayonunda qəzalı binalar söküləcək - ÜNVANLAR
Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.
Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?







.jpg)






























