Əmlak
Gələn həftə "Bitcoin"in qiyməti ƏL YANDIRACAQ
"Gələn həftə "Bitcoin"in qiyməti 117 500 dollardan çox olacaq.
Publika.az xəbər verir ki, bu proqnozu "BCS World of Investments" şirkətinin baş analitiki Sergey Potapov "Gazeta" üçün açıqlayıb.
""Bitcoin" sentyabrın əvvəlində 108 min dollar ətrafında qlobal dəstək səviyyəsini təsdiqlədi, bundan sonra qiymətlər yuxarıya doğru döndü və indi 117 min dollardan çoxdur. Hazırda qiymət tədricən 117,5–120 min dollar yaxınlığındakı müqavimət səviyyəsinə doğru hərəkət edir ki, bu da orta müddətli yüksəliş impulsunun formalaşmasına işarədir. Yaxın həftələrdə əsas makroiqtisadi statistikanın açıqlanması və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini endirməsi fonunda yüksək volatilliyin davamını gözləyirik”, – deyə Potapov bildirib.
O, FED-in ilin sonuna qədər faiz dərəcəsini endirmək üçün bir neçə addım ata biləcəyini istisna etməyib və bunun "Bitcoin" üçün müsbət amil olacağını vurğulayıb.
Potapovun proqnozuna görə, kriptovalyuta sentyabrın sonu - oktyabrın əvvəlində 128–130 min dollar olacaq.
Sentyabrın 18-də "Bitcoin"in məzənnəsi təxminən 117,1 min dollar təşkil edib. 2025-ci ilin əvvəlindən kriptovalyutanın qiyməti təxminən 14–15% artıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







.jpg)






.jpg)




.webp)


















