Əmlak
20 min manatını alıb yoxa çıxdılar: Nə şirkət var, nə də usta - VİDEO
Nadir Qasımov adlı vətəndaş "Ümid" MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması ilə üzləşib.
Publika.az xəbər verir ki, o, "Ümid" MMC ilə mənzilinin təmiri üçün 20 min manat dəyərində müqavilə imzalayıb.
Müqaviləyə əsasən, şirkət təmiri üç ay müddətində tamamlamağı və evi təhvil verməyi öhdəsinə götürüb. Lakin müqavilənin imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq, evdə heç bir təmir işinə başlanılmayıb.
Şikayətçi bildirir ki, vəziyyətlə bağlı şirkət nümayəndələri ilə əlaqə yaratmaq cəhdləri tamamilə nəticəsiz qalıb. Vətəndaşın dəfələrlə etdiyi zənglər və göndərdiyi mesajlar cavabsız qalıb, şirkət onunla əlaqəni tamamilə kəsib.
Daha da maraqlısı odur ki, Nadir Qasımov şirkətin "Instagram" səhifəsində ofis ünvanı kimi paylaşılan fərqli-fərqli saxta ünvanların hamısına baş çəksə də, ofisi və ya şirkət nümayəndələrini tapa bilməyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







.jpg)






.jpg)




.webp)


















